İSTİFADƏSİNƏ TÖVSİYƏLƏR:
Gigiyenik-profilaktik vasitə, bu da iltihabəleyhinə və antiseptik təsirin güclənməsinə kömək edir.
Gigiyenik-profilaktik vasitə:
"Xlorofillipt və xlorgeksidinli fitoşamlar" - iltihabəleyhinə və antiseptik təsirin güclənməsinə kömək edən köməkçi vasitə kimi. Ginekologiyada Fitoşamlar cinsiyyət orqanlarının iltihab xəstəlikləri, kolpit, endoservisit, uşaqlıq yolu boynunun eroziyası, endometrit, adneksit, dərin irinli yaralar zamanı, proktologiyada - babasil, sfinkterit, düz bağırsağın eroziyası, proktit, anus çatları zamanı köməkçi vasitə kimi tətbiq edilə bilər.
Xlorofillipt ifadə edilmiş detoksikasiya təsirinə malikdir; stafilakoka öldürücü təsir edərək mikrobəleyhinə, o cümlədən, pensillinə davamlıdır, habelə antiseptik, bakterisid və iltihabəleyhinə təsirə malikdir.
Xlorgeksidin antiseptikdir, qrammənfi, qrammüsbət və ən sadə bakteriyalar əleyhinə aktivdir. Chlamydia spp., Treponema pallidum, Neisseria gonorrhoeae, Ureaplasma spp, Gardnerella vaginalis, trichomonas vaginalis.,Bacteroides fragilis səbəb olduğu infeksiyalar zamanı effektivdir, Proteus spp. və Pseudomonas spp. bəzi ştampları xlorgeksidin biqlükonata az həssasdır.
İSTİFADƏ ÜSULU:
Rektal və ya vaginal istifadə edirlər; 1 gigiyena vasitəsi gündə 1 dəfə. İstifadədən əvvəl həkim məsləhəti tövsiyə edilir.
TÖVSİYƏ EDİLƏN İSTİFADƏ MÜDDƏTİ:
5-10 gün, zəurət yarandıqda kursu təkrar etmək olar.
EHTİYAT TƏDBİRLƏRİ:
Hamiləlik və laktasiya dövrü, 12 yaşa qədər uşaqlar, məhsulun komponentlərinə qarşı yüksək fərdi həssaslıq.
SAXLAMA QAYDASI:
Quru, işiqdan qorunan, uşaqların əli çatmayan yerdə, O0C-dən 250C qədər temperaturunda və 75% çox olmayan nisbi hava rütubəli olan yerdə saxlamalı. İstifadədən 10-15 dəqiqə əvvəl soyuducuya qoymaq lazımdır.
YARARLIQ MÜDDƏTİ:
İstehsal tarixindən 24 ay.
Dərman vasitəsi deyil, gigiyenik vasitədir.
"QNSLS SİNAQ ZAVODU" MMC
Qaynar xətt telefonu: 0-800-50-22-36 ( Ukrayna üzrə stasionar telefonlardan zənglər pulsuzdur ).
"Verteks" Farmasevtika şirkəti" MMC tərəfindən hazırlanıb.
www.vertex.ua
Rəylər (0)