İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR:
VALTREX herpes zosterin müalicəsi üçün nəzərdə tutulmuşdur. VALTREX ağrının aradan qalxmasını sürətləndirir: o, kəskin və post-herpetik nevralgiya da daxil olmaqla, zosterlə əlaqəli ağrısı olan xəstələrinin sayını azaldır və ağrılı müddətin azalmasını sürətləndirir.
VALTREX ilkin və təkrar genital herpes də daxil olmaqla, dərinin və selikli qişaların herpes infeksiyalarının müalicəsi üçün istifadə olunur.
VALTREX dodaq herpesinin müalicəsi üçün də istifadə olunur.
VALTREX supressiv terapiya şəklində və təhlükəsiz cinsi əlaqə davranışı ilə birgə istifadə olunduqda genital herpesin yoluxmasını azaldır.
ƏKS GÖSTƏRİŞLƏR:
VALTREX valsiklovirə, asiklovirə və ya VALTREX-in tərkibinə daxil olan istənilən komponentlərə qarşı yüksək həssaslıq göstərən xəstələrdə istifadə olunmamalıdır.
İSTİFADƏ QAYDASI VƏ DOZASI:
Böyüklərdə: 7 gün ərzində gündə 3 dəfə 1000 mq dozada qəbul edilməlidir.
Sadə herpes infeksiyasının müalicəsi: gündə iki dəfə 500 mq dozada qəbul olunmalıdır.
İmmuniteti zəif olan böyüklərdə: böyüklər üçün doza gündə iki dəfə 500 mq təşkil edir.
12 yaş və ya ondan yuxarı: gündə 1 dəfə qəbul olunmalıdır.
Uşaqlarda: VALTREX-in uşaqlarda istifadəsinə dair heç bir məlumat yoxdur.
Yaşlılarda: böyrək çatışmazlığı ola biləcəyi ehtimalını nəzərə alınmalıdır və doza buna müvafiq uyğunlaşdırılmalıdır.
ƏLAVƏ TƏSİRLƏR:
- sinir sistemində;
- mədə-bağırsaq pozğunluqları;
- qan və limfa sistemi pozuntuları;
- dəri və dərialtı toxuma pozuntuları;
- böyrək və sidik yolları pozuntuları.
DOZA HƏDDİNİN AŞILMASI:
Ürəkbulanma, qusma, koma hallarıda rast gəlinir, qarabasmalar, çaşqınlıq.
SAXLANMA ŞƏRAİTİ:
30C-dən yüksək olmayan temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
İSTEHSALÇI:
İspaniya.
Rəylər (0)