İstifadəsinə göstərişlər:
Candida albicans tərəfindən törədilən vulvovaginit;
Gardnerella vaginalis və anaerob bakteriyaların törətdiyi bakterial vaginoz;
Trichomonas vaginalis törətdiyi trixomonad vaginit;
Qarışıq vaginal infeksiyalar.
Əks göstərişlər:
Preparatın komponentlərinə qarşı və ya digər imidazol törəmələrinə qarşı yüksək həssaslıq.
İstifadə qaydası və dozası:
Preparat intravaginal istifadə olunur, gecə yatmazdan əvvəl 1 şam uşaqlıq yoluna dərinə yeridilir, Residivləşən vaginitlərdə və ya digər müalicə növlərinə rezistent vaginitlər zamanı, preparatı gecə yatmazdan əvvəl 1 şam 14 gün ərzində istifadə etmək lazımdır.
Doza həddinin aşılması:
Vaginal istifadəsi zamanı metronidazolun həyati təhlükəli simptomlar yarada bilməsi az ehtimal olunur.
Əlavə təsirlər:
Qan və limfatik sisteminə: tezliyi məlum deyil - leykopeniya.
İmmun sistem tərəfindən: tezliyi məlum deyil - hiperhəssaslıq reaksiyaları, allergik reaksiyalar.
Psixiki pozğunluqlar: bəzən - depressiya; çox nadir - psixiki dəyişikliklər.
Rəylər (0)