İstifadəsinə göstərişlər:
Preparat mərkəzi sinir sisteminin yüksək oyanıqlığı zamanı, sinir oyanıqlığı zamanı, həmçinin ürək döyüntüləri tezliyinin artması zamanı, aritmiyalarda və həzm traktının nevrotik vəziyyətlə bağlı disfunksiyalarında sakitləşdirici və ürəyin işini tənzimləyici dərman maddəsi kimi istifadə olunur.
Əks göstərişlər:
Preparatın komponentlərindən hər hansı birinə qarşı yüksək həssaslıq. Bütövlükdə orqanizmin oyanıqlığı ilə müşayiət olunan kəskin qastritdə və 12-barmaq bağırsağın iltihabı zamanı istifadə olunması tövsiyə olunmur.
İstifadə qaydası və dozası:
Böyüklər və 14 yaşdan böyük uşaqlar: gündə 1-3 dəfə 2-5 ml (1çay qaşığı)
7 yaşdan 14 yaşa qədər uşaqlar: gündə 1-3 dəfə 15-20 damcı.
Doza həddinin aşılması:
Preparatın doza həddinin aşılması simptomları əzginlik və yuxuya meyillilik ola bilər.
Əlavə təsirləri:
Tərkibində mələkotu kökündə olan furankumarinlər olduğu üçün preparata qarşı dözümsüzlük simptomları meydana çıxa bilər.
Rəylər (0)