İstifadəsinə göstərişlər:
- Öd kisəsində xolesterin daşları
- Xroniki aktiv hepatit
- Kəskin hepatit
- Qaraciyərin toksik (o cümlədən alkoqol, dərman) zədələnmələri
- Qeyri-alkoqol steatohepatiti
- Birincili biliar sirroz
- Birincili sklerozlaşdırıcı xolangit
- Kistoz fibroz (mukovissidoz)
- Ödqovucu yolların diskineziyaları
- Biliar reflükz-qastrit və reflüks-ezofaqit
- Hamilələrin hepatopatiyaları
- Xroniki opistorxoz
Əks göstərişlər:
- Ödqovucu yolların kəskin iltihabı xəstəlikləri
- Qaraciyərin sirrozu dekompensasiya mərhələsində
- Böyrək funksiyalarının ifadə olunmuş pozğunluqları
- Preparata qarşı yüksək həssaslıq.
İstifadə qaydası və dozası:
Öd daşlarını həll etmək üçün. həmçinin qaraciyərin kəskin və xroniki xəstəliklərinin müalicəsi üçün Ursosan fasiləsiz olaraq, uzun müddət ərzində 10 mq/kq/gün dozada istifadə edilir. xolesterin öd daşlarının həll edilməsi üçün Ursosanın qəbul müddəti 6 aydan 2 ilə qədər təşkil edir. Əgər Ursosanın qəbuluna başlandıqdan sonra 12 ay müddətində öd daşlarının azalması müşahidə edilməzsə, o zaman müalicənin davam etdirilməsi məqsədəuyğun deyildir. Qaraciyərin xroniki xəstəliklərinin müalicəsi zamanı müalicə müddəti bir neçə aydan 2 ilə qədər təşkil edə bilər.
Biliar reflüks-qastritin və reflüks ezofaqitin müalicəsi üçün preparat gündə 1 dəfə yuxudan əvvəl 250 mq dozada təyin edilir. İstifadə müddəti, adətən 10-14 gün təşkil edir.
Adətən preparatın gündəlik dozası axşamlar, birdəfəyə qəbul edilir. Kapsulları bütöv şəkildə kifayət qədər su ilə içməklə qəbul etmək lazımdır.
Rəylər (0)