İSTİFADƏSİNƏ GÖSTERİŞLƏR:
Xolesterin tərkibli öd daşlarının əridilməsi məqsədi ilə. İlkin biliar sirroz.
ƏKS GÖSTƏRİŞLƏR:
Ursodezoksixol turşusuna və ya preparatın hər hansı komponentinə qarşı yüksək həssaslıq.
Mədə və ya 12 barmaq bağırsaq xorası.
Öd kisəsinin fəaliyyət göstərilməməsi və ya sərtləşmiş xolesterin daşları, rentgenokontrast öd daşları, radioşəffaf öd piqmentləri daşları.
Laktasiya dövrü.
İSTİFADƏ QAYDASI VƏ DOZASI:
Həkim məsləhətinə uyğun olaraq və ya aşağıdakı qaydada qəbul edilməlidir:
Öd daşı xəstəliyi zamanı:
Böyüklər: gündə 1 kapsul daxilə qəbul edilir. Xəstəliyin gedişinin qiymətlindirilməsi üçün mütəmadi həkim müayinəsindən keçmək lazımdır.
Müalicə müddətində bir neçə aydan bir öd daşların əriməsinin və qaraciyərin fəaliyyətinin yoxlanması üçün laboratoriya testləri keçirilməlidir.
DOZA HƏDDİNİN AŞILMASI:
Doza həddinin aşılması zamanı dərhal müalicə həkiminə və ya əczaçıya məlumat vermək lazımdır.
Rəylər (0)