İstifadəsinə göstərişlər:
Hiperaktiv sidik kisəsi sindromlu xəstələr üçün xarakterik olan urgentsidik saxlamama, tezləşmiş sidik ifrazı və sidik ifrazına urgent çağırışların müalicəsi.
Əks göstərişlər:
Sidik ifrazının ləngiməsi;
- ağır mədə-bağırsaq xəstəliyi;
- miasteniya gravis;
- bağlıbucaqlı qlaukoma;
- preparatın komponentlərinə qarşı yüksək həssaslıq.
İstifadə qaydası və dozası:
Böyüklər, o cümlədən yaşlı xəstələr gündə bir dəfə daxilə 5 mq, su ilə qida qəbulundan asılı olmayaraq, qəbul edilir.
Doza həddinin aşılması:
Doza həddinin kəskin aşılması haqqında məlumat verilməmişdir.
Əlavə təsirləri:
Urosolfinin daha tez-tez qeyd olunan əlavə təsiri ağızda quruluqdur. Onlar gündə 5 mq doza qəbul etmiş xəstələrin 11%-ində, gündə 10 mq doza qəbul etmiş xəstələrin 22%-ində və plasebo qəbul etmiş xəstələrin 4%-ində müşahidə edilmişdir.
Rəylər (0)