İstifadəsinə göstərişlər:
Sidikçıxarıcı yolların və böyrəklərin kəskin və xroniki infeksiyaları; sidikdaşı xəstəliyi və sidikturşulu diurez; xroniki xolesistitlər; öd yollarının diskineziyası; öddaşı xəstəliyi.
Əks göstərişlər:
Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq;
qastritlər, mədənin və onikibarmaq bağırsağın xora xəstəliyi;
anamnezində qıcolması olan uşaqlar.
İstifadə qaydası və dozası:
Preparat yeməkdən əvvəl daxilə qəbul dilir.
Böyüklər üçün məsləhət görülən doza: sutkada 3 dəfə 8-10 damcı. Böyrək və qaraciyər sancıları zamanı birdəfəlik doza 15-20 damcı təşkil edir. Qəbul müddəti 5-7 gün təşkil edir. Xroniki vəziyyətlərdə 7 gündən 1 ayadək istifadə edilə bilər.
7-14 yaş uşaqlar üçün məsləhət görülən doza: sutkada 3 dəfə 5-6 damcı.
Doza həddinin aşılması:
Doza həddinin aşılması zamanı aşağıdakı hallar mümkündür:
Ürəkbulanma, qusma, qarın nahiyəsində ağrı, başgicəllənmə.
Müalicəsi: çoxlu ilıq içki, sakitlik, aktivəşdirilmiş kömür, atropin sulfat.
Əlavə təsirləri:
İmmun sistemində baş verən pozğunluqlar: allergik reaksiyalar, qaşınma, sifətin qızarması, dəri səpgisi, övrə, angionevrotik ödem.
Mərkəzi və periferik sinir sistemində baş verən pozğunluqlar: başgicəllənmə, ümumi zəiflik, başağrısı, ataksiya, əzələ tremoru.
Ürək-damar sistemində baş verən pozğunluqlar: arterial hipotenziya, hipertenziya, bradikardiya.
Rəylər (0)