Unimer baby tərkibində konservant daxil olmayan, steril, qeyri-infeksion fizioloji duz məhluldur. Təkdozalı flakonlarda buraxılan UNİMER BABY təhlükəsiz gigiyenik və istifadədə rahatdır.
GÖSTƏRİŞLƏRİ:
Burun boşluğu və gözlərin gigiyenası.
UNİMER BABY fizioloji duz məhlulu burun və göztəmizləyici vasitə kimi gün ərzində 1-6 dəfə istifadə edilə bilər.
Burun gigiyenası üçün: tıxanmış burunun irriqasiyası və təmizlənməsi üçün. Başınızı arxaya əyin. ucluğu burun dəliyinə yerləşdirin və yavaşca flakonu sıxın. proseduru digər burun dəliyi üçün təkrarlayın. Seliyin xaric olması üçün başınızı dikəldin və xaric olmuş seliyi təmizləyin. Məhlulu tətbiq etdikdən 10 dəqiqə sonra burnunuzu təmizləyin.
Gözlərin gigiyenası üçün: gözyuyucu vasitə kimi gözləri təmizləmək üçün. Ucluğu gözün selikli qişasına toxumasından ehtiyat edərək, bir neçə damcı məhlulu gözünüzə damcıladın. Gözdən xairc olmuş mayeni tənzif ilə silin. Ehtiyac varsa, bunu digər göz üçün təkrarlayın.
İSTİFADƏSİ:
Məhsulun təkdozalı qablaşma forması birdəfəlik və fərdi istifadə üçündür, hər hansı digər formada tətbiqi məqsədəuyğun deyil. Əvvəlcə flakonu digərlərindən ayırın və qapağını burmaqla açın.
EHTİYAT TƏDBİRİ:
Gözun müalicəsi üçün hər hansı başqa vasitənin istifadə etməzdən əvvəl 15 dəqiqə gözləyin.
YARALARIN TƏMİZLƏNMƏSİ:
Ucluğun yaranın səthinə toxunmasından ehtiyat edərək, flakondakı məhlul ilə yaranı yuyun.
SAXLANMA QAYDASI:
Sürətli bakterial kirlənmə riski olduğuna görə, açıq və ya zədələnmiş takdozalı flakonu istifadə etməyin. Flakonun üzərində göstərilmiş yararlıq müddəti bitdikdən sonra istifadə etməyin, 300C-dən yüksək olmayan temperaturda saxlayın. Uşaqlar üçün əlçatmaz yerdə saxlayın!
Rəylər (0)