İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR:
Ulseblok aşağıdakı xəstəliklərin müalicəsində istifadə olunur:
Kəskinləşmə fazasında duodenal xora
Kəskinləşmə fazasında mədə xorası
Simptomatik eroziv və ya xoralı qastro-ezofaqeal reflüks xəstəliyi
Qastro-ezofaqeal reflüks xəstəliyinin uzunmüddətli müalicəsi
Yüngül və ya ağır qastro-ezofaqeal reflüks xəstəliyinin simptomatik müalicəsi
Zollinger-Ellinson sindromu
Peptik xora xəstəliyi olan pasiyentlərdə H.Pylori-nin aradan qaldırılması (eradikasiyası) üçün antibiotiklərlə kombinasiyada
ƏKS GÖSTƏRİŞLƏR:
Preparatın tərkibində olan təsiredici maddəyə və ya digər komponentlərə qarşı yüksək həssaslıq olduqda, hamiləlik və laktasiya dövründə Ulseblok-un istifadəsi əks göstərişdir.
İSTİFADƏ QAYDASI VƏ DOZASI:
Böyüklərdə/yaşlılarda
Aktiv duodenal xora və aktiv xoşxassəli mədə xorası: Məsləhət görülən oral doza 20 mq təşkil edir. Bu dozanı gündə 1 dəfə səhərlər qəbul etmək lazımdır. Aktiv duodenal xorası olan pasiyentlərin çoxu 4 həftə ərzində müalicə olunur. Bununla belə, bəzi pasiyentlərə sağalmaq üçün əlavə 4 həftəlik müalicə tələb oluna bilər. Aktiv xoşxassəli mədə xorası olan pasiyentlərin çoxu 6 həftə ərzində müalicə olunur. Lakin, bəzi pasiyentlərə sağalmaq üçün əlavə 6 həftəlik müalicə tələb oluna bilər.
Eroziv və ya xoralı qastro-ezofaqeal reflüks xəstəliyi: Məsləhət görülən oral doza 20 mq təşkil edir. Bu doza gündə 1 dəfə olmaqla 4-8 həftə qəbul edilməlidir.
Qastro-ezofaqeal reflüks xəstəliyinin uzunmüddətli müalicəsi: Uzunmüddətli müalicə üçün Ulseblok-un dəstəkləyici dozası xəstənin müalicəyə cavabından asılı olaraq, 20 mq və ya 10 mq gündə 1 dəfə təşkil edir.
Orta dərəcəli - çox ağır qastro-ezofaqeal reflüks xəstəliyinin simptomatik müalicəsi: ezofagiti olmayan pasiyentlərə gündə 1 dəfə olmaqla, 10 mq təşkil edir. Əgər simptomlara nəzarət 4 həftə ərzində əldə edilməzsə, pasiyenti bir daha müayinə etmək lazımdır. Simptomların itdiyində, sonrakı simptomlara nəzarət etmək üçün, gündə 1 dəfə 10 mq ehtiyac olduqda qəbul edilə bilər.
Zollinger-Ellinon sindromu: məsləhət görülən başlanğıc doza gündə 1 dəfə 60 mq təşkil edir. Dozanı titrləmə üsulu ilə pasiyentin individual ehtiyacına uyğun olaraq 120 mq/gün dozasına kimi artırmaq olar. Gündə bir dəfəlik 100 mq/gün dozalarını təyin etmək olar. 120 mq dozası iki hissəyə bölünərək 60 mq gündə 2 dəfə təyin edilə bilər. Klinik ehtiyac olduqda müalicəni davam edirlər. Müalicənin müddəti individual olaraq müəyyən edilir.
H.pylori-nin eradikasiyası: H.pylori ilə infeksiyalaşmış pasiyentləri eradikasiya terapiyası ilə müalicə edirlər. Aşağıdakı 7 günlük kombinasiya məsləhət görülür:
Ulseblok 20 mq gündə 2 dəfə + klaritromisin 500 mq gündə 2 dəfə və amoksisillin 1 q gündə 2 dəfə.
Gündə 1 dəfə qəbul edilməsi gərəkən göstərişlərə dair, rabeprazolu səhər qida qəbuluna qədər təyin etmək lazımdır; baxmayaraq ki, nə günün vaxtı, nə də qida qəbulu rabeprazolun aktivliyinə təsir etmir, bu cür rejim müalicənin effektivliyinə səbəb olacaq. Pasiyentləri xəbərdar etmək lazımdır ki, tabletləri nə çeynəmək nə də sındırmaq olmaz, tabletlər bütöv şəkildə udulmalıdır.
Uşaqlarda
Ulseblok-u uşaqlara təyin etmək olmaz, çünki bu qrup pasiyentlərdə preparatın istifadəsinə dair heç bir təcrübə yoxdur.
Rəylər (0)