İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR : Taylol suspenziya yüngül və orta dərəcəli ağrılar zamanı ağrıkəsici kimi və qızdırmasalıcı kimi istifadə edilir. Baş, diş, qulaq, boğaz ağrıları, diş çıxarma, peyvəndən sonrakı qızdırma, soyuqdəymə və zökəm kimi bir çox hallarda istifadə edilə bilər .
ƏKS GÖSTƏRİŞLƏR :
Parasetamola və ya tərkibindəki hər hansı komponentə qarşıyüksək həssaslığı olan xəstələrə əks göstərişlidir .
İSTİFADƏ QAYDASI VƏ DOZASI :
TAYLOL suspenziyası daxilə peroral qəbul edilir, durulaşdırılmaya ehtiyac yoxdur. İstifadədən əvvəl ən azı 10 saniyə çalxalayın .
Taylol suspenziyanın dozalanması aşağıdakı kimidir :
2-3 aylıq uşaqlar : 2,5 ml Taylol suspenziya vaksinasiyadan sonra yüksək qızdırma olan 2 aylıq körpələr üçün göstərişdir .Ehtiyac olarsa 4-6 saatdan sonra 2,5 ml ikinci doza verilə bilər.
Digər hallarda tibbi nəzarət altında istifadə olunur .
3 aylıqdan 6 aylığadək uşaqlarda -2,5 ml ;
6 aylıqdan 24 aylığadək uşaqlarda - 5 ml ;
2-4 yaş arası uşaqlarda - 7,5 ml ;
4-6 yaş arası uşaqlarda - 10 ml .
Doza hər 4 saatdan bir təkrarlanır, vacib olduqda 24 saat ərzində maksimum 4 dozaya çatdırılır.
Peyvənd olunan gündən etibarən Taylol suspenziya gündə 4 dəfə 2,5 ml-dən verilə bilər. 24 saat ərzində 4 dəfədən artıq verilməməlidirş Dozalar minimum 4 saatda bir verilməlidir .
ƏLAVƏ TƏSİRLƏRİ :
Parasetamolun əlavə təsirləri nadir hallarda olur. Çox nadir hallarda yüksək həssaslıq və dəri səpgisi daxil olmaqla anafilaktik reaksiyalar baş verə bilər. Trombositopeniya və aqranulositoz kimi qan problemləri qeydə alınmışdır, lakin, bunu parasetamolla əlaqəli olması dəqiq deyil. Parasetamolun əksər əlavə reaksiyaları yüksək doza qəbulu ilə əlaqədardır. 1 il müddətində gündəlik terapevtik dozada qəbul edən şəxslərdə xroniki qaraciyər nekrozu, daha qısa müddətdə gündəlik yüksək dozada qəbul edənlərdə isə qaraciyər zədələnməsi qeydə alınmışdır .
Sinkler Denola
August 20, 2025Lorem Ipsum is simply dummy text of the printing and typesetting industry. Lorem Ipsum has been the industry's standard dummy text ever since the when an unknown printer took a galley of type and scrambled it to make a type specimen book. It has survived not only five centuries but also the leap electronic typesetting, remaining essentially unchanged. It was popularised in the with the release of Letraset sheets containing Lorem Ipsum passages, and more recently with desktop publishing software like Aldus PageMaker including versions of Lorem Ipsum.
Reply