Xəbərdarlıq:
Uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. İstifadədən sonra flakonun qapağını kip bağlamaq lazımdır.
İstifadəsinə göstərişlər:
İştah və boy artımını stimulə etmək məqsədi ilə.
Qeyri - hormonal anabolik kimi (çəki, əzələ, kütləsinin artırılması məqsədi ilə)
Əks göstərişlər:
Siproheptadinə, B qrupu vitaminlərinə və ya tərkibindəki köməkçi maddələrdən hər hansı birinə qarşı fərdi yüksək həssaslıq.
Hipertireoz.
Gözdaxili təzyiqin yüksəlməsi.
Qapalı bucaqlı qlaukoma.
Yüksək arterial təzyiq.
Kəskin astma tutması.
Mədənin boşalmasına mane olan vəziyyətlər (mədənin stenozlaşdırıcı xorası, mədə çıxacağının obstruksiyası).
Sidiyəgetmənin çətinləşməsi ilə müşayiət olunan vəziyyətlər (prostat vəzinin hiperplaziyası, sidik kisəsi boynunun stenozu).
MAO inhibitorları qrupundan olan dərman vasitələrinin (moklobemid,selegilin)qəbulu.
Xronik idiopatik qəbizlik.
İstifadə qaydası və dozası:
Trimetavit şərbət yeməkdən 30 - 60 dəqiqə əvvəl daxilə qəbul olunur.
2 yaşa qədər uşaqlar: 2,5 ml gündə 2 dəfə
2 yaşa qədər uşaqlarda istifadəsi yanlız həkim təyinatı ilə mümkündür.
2 - 6 yaş arası uşaqlar: 5 ml gündə 2 - 3 dəfə
7 - 14 yaş arası uşaqlar: 10 ml gündə 2 - 3 dəfə
14 yaşdan yuxarı uşaqlar və büyüklər: 10 ml gündə 3 dəfə
Ehtiyac olarsa, qəbul olunan doza həkim tərəfindən tənzimlənə bilər.
Müalicənin müddəti həkim tərəfindən fərdi olaraq təyin edilir, lakin adətən 2 ay təşkil edir.
Rəylər (0)