İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR:
Ürək-damar sisteminin fəaliyyətinin funksional pozğunluqları, sinir oyanıqlığı və yuxusuzluq zamanı sakitləşdirici vasitə kimi istifadə edilir.
ƏKS GÖSTƏRİŞLƏR:
Anamnezdə alkoqolizm; tərkibində alkoqol olan preparatların eyni zamanda qəbulu; mədə və 12 barmaq bağırsağın xora xəstəliyi; qaraciyərin sirrozu; hamiləlik və laktasiya dövrü; depressiya və mərkəzi sinir sisteminin inhibə olunması ilə müşayiət edilən digər pozğunluqlar; nəzərəçarpan arterial hipotenziya və bradikardiya; preparatın komponentlərinə qarşı yüksək həssaslıq.
İSTİFADƏ QAYDASI VƏ DOZASI:
UŞAQLAR: 12 yaşa qədər uşaqlarda istifadə olunmur.
Trikardin ürək damcısı böyüklər üçün sutkada 3 dəfə daxilə yeməkdən əvvəl 20-30 damcı təyin edilir. 12 yaşa qədər uşaqlar - həyatın hər 1 yaşı üçün 1 damcı hesabı ilə sutkada 3 dəfə yeməkdən əvvəl.
ƏLAVƏ TƏSİRLƏRİ:
- ürək-damar sisteminə;
- sinir sisteminə;
- həzm sisteminə;
- allergik reaksiyalar;
- ümumi pozğunluqlar.
DOZA HƏDDİNİN AŞILMASI:
Tövsiyyə edilən dozaları xeyli dərəcədə artırdıqda başağrısı, başgicəllənmə, yuxuyameyillik, bradikardiya, təzyiqin enmasə, qarında ağrı, ürəkbulanma və s.
Rəylər (0)