GÖSTƏRİŞLƏRİ:
Kəllə-beyin travması, müxtəlif mənşəli ensefalopatiyalar, kəskin cə xronik ensefalitlər və ensefalomielitlər, beyin qan dövranının pozğunluqları, vazospastik və toksik baş ağrıları, virus və bakterial neyroinfeksiyalar, endogen və ekzogen intoksikasiyalar, parkinsonizm, Alsheymer xəstəliyi, astenik vəziyyətlər, yaddaş təfəkkür pozğunluqları, qavrama qabiliyyətinin zəifləməsi, toksiko-alkoqol polinevritləri, poliradikulonevritlər, periferik ifliclər, epilepsiya, hərəki işias, uşaq serebral iflicinin müxtəlif formaları, uşaqlarda psixomotor və nitqi inkişafının ləngiməsi.
ƏKS GÖSTƏRİŞLƏRİ:
Preparatın komponentlərinə qarşı hiperhəssaslıq.
EHTİYYAT TƏDBİRLƏRİ:
Preparatın təyin olunması xüsusi tədbirlər tələb etmir.
QƏBUL QAYDASI VƏ DOZALANMA:
Əgər həkim başqa qaydada təyin etməyibsə. 0-3 yaşda 1/3 ampul, 3-5 yaşda 1/2 ampul, 5 yaşdan yuxarı uşaqlara və böyüklərə isə 1 ampul gündə 1 dəfə əzələdaxilinə təyin olunur.
DOZA ARTIQLIĞI:
Preparat məsləhət görülən dozalarda təyin olunduqda doza artıqlığı müşahidə olunmayıb.
Rəylər (0)