İstifadəsinə göstərişlər:
Tresiba böyüklərdə, yeniyetmələrdə və 1 yaş və daha yuxarı uşaqlarda diabetin müalicəsi üçün istifadə olunur.
Tresiba qanda şəkərin miqdarını uzunmüddətli aşağı salmaq təsirinə malikdir.
Əks göstərişlər:
Tresiba-nı aşağıdakı hallarda istifadə etməyin.
Əgər sizdə insulin deqludekə və ya preparatın tərkibində olan digər maddələrə qarşı allergiya varsa.
İstifadə qaydası və dozası:
Görmə qabiliyyəti yaxşı olan, FleksTaç hazır doldurulmuş qələmdən istifadə qaydalarını bilən bir şəxsin köməyindən istifadə edin. Bu hazır doldurulmuş qələm 1 TV addımlarla bir inyeksiyada 1-dən 80-dək Tv dozanı təmin edə bilər.
Doza həddinin aşılması:
Əgər lazım olandan artıq dozada insulin yeritsəniz, qanınızda şəkərin səviyyəsi çox aşağı düşə bilər, məsləhət üçün "Qanda şəkərin miqdarının çox aşağı olması əlamətləri" bölməsinə baxın.
Əlavə təsirləri:
Əgər qanınızda şəkərin miqdarı çox aşağı düşərsə, Siz huşunuzu itirə bilərsiniz. Ciddi hipoqlikemiya beyin zədələnməsinə səbəb ola və hətta həyati təhlükəli ola bilər. Əgər qanınızda şəkərin miqdarının az olmasının əlamətləri varsa, qanda şəkərin miqdarını artırmaq üçün dərhal bir tədbir görün.
Rəylər (0)