İstifadəsinə göstərişlər:
Treparin 600 LRU/2 ml inyeksiya üçün məhlul böyüklərdə dəri xoralarının müalicəsi üçün təyin edilir.
Əks göstərişlər:
Təsiredici maddəyə və ya köməkçi maddələrdən hər hansı birinə, heparinə və yaxud da oxşar tərkibli dərman vasitələrinə qarşı allergiya.
İstifadə qaydası və dozası:
Bu dərman vasitəsini müalicə həkiminin tövsiyə etdiyi təlimatlara uyğun olaraq istifadə etmək lazımdır.
İstifadəsinə dair nəyəsə əmin olmadıqda, həkimlə məsləhətləşmək lazımdır.
Məsləhət görülən doza: gündə 1 ampul əzələdaxili və ya venadaxili.
Doza həddinin aşılması:
Treparin 600 LRU/2 ml inyeksiya üçün məhlul təyin edilmiş dozadan artıq istifadə edildikdə, bu barədə dərhal müalicə həkiminə məlumat verilməlidir, çünki preparat qanaxma riskini artıra bilər.
Əlavə təsirləri:
Psixiatrik pozğunluqlar
Sinir sisteminin pozğunluqları
Göz problemləri
Kardioloji pozğunluqlar
Damar pozğunluqları
Tənəffüs sistemi, döş qəfəsi və ortadivar pozğunluqları
Dəri və dərialtı toxuma pozğunluqları
Böyrək və sidik yolları pozğunluqları.
Rəylər (0)