Göstərişlər:
Stomatit, qinqivitlər, parodonitlər,qlossitlər, tonzillitlər, faringitlər, və udma prosesinin pozulması ilə müşayiət edilən digər vəziyyətlər kimi ağız boşluğunu və udlağın iltihabı və yoluxucu xəstəlikləri. Ağız boşluğu və udlaqda həyata keçirilən cərrahi müdaxilədən infeksiyaların profilaktikası.
Əks göstərişlər:
Fruktozaya qarşı həssaslığın olduğu zaman təyin etmək olmaz.
İstifadə qaydası və dozası:
Hər 2 saatdan bir 1 tablet ağız boşluğunda sormaq lazımdır. Böyüklər və 12 yaşdan böyük uşaqlar üçün 8 tablet, 4 yaşdan 12 yaşa qədər uşaqlar üçün 6 tablet. Bir qayda olaraq, xəstəliyin əlamətləri artıq bir neçə gündən sonra aradan qalxır, ancaq sabit terapevtik effektə nail olmaq üçün daha 2-3 gün müalicəni davam etdirmək lazımdır. Preparatın istifadə edilməsindən 5 gün sonra xəstənin vəziyyətində yaxşılaşma qeyd olunmazsa, həkimlə məsləhətləşmək lazımdır.
Rəylər (0)