İstifadəsinə göstərişlər:
TORNAZA DEX oftamoloji suspenziya böyüklərdə və 2 yaşdan yuxarı uşaqlarda iltihabın profilaktikası və müalicəsi və katarakta əməliyyatı ilə əlaqədar infeksiyanın profilaktikası üçün istifadə edilir.
Əks göstərişlər:
Preparatın aktiv və ya köməkçi maddələrindən hər hansı birinə qarşı hiperhəssaslıq.
İstifadə qaydası və dozası:
Müalicənin müddəti və doza həkim tərəfindən müəyyən edilir.
Gündəlik doza 4-6 saatdan bir konyuktival kisəciyə 1-2 damcı damızdırılır. İlk 24-48 saat ərzində, doza hər iki saatda 1-2 damcıya qədər artırıla bilər, klinik əlamətlər yaxşılaşdıqca istifadənin tezliyi yavaş-yavaş azaldılmalıdır.
Doza həddinin aşılması:
Deksametazon/-tobramisin göz damcılarından istifadəsində doza həddinin aşılması zamanı əlavə əsirlərə oxşar hallar müşahidə oluna bilər: qaranlıq, göz yaşının artması, göz qapağının şişməsi və qaşıntı.
Əlavə təsirləri:
Sinir sistemi pozğunluqları
Nadir: baş ağrısı.
Görmə pozğunluqları
Nadir: gözün qıcıqlanması.
Rəylər (0)