İstifadəsinə göstərişlər:
bakterial meningit;
xəstəxanadankənar pnevmoniya;
xəstəxanadaxili pnevmoniya;
kəskin orta otit;
qarın boşluğunun infeksiyaları.
Əks göstərişlər:
Seftriaksona və ya digər sefalosporinlərə və ya köməkçi maddələrdən hər hansı birinə qarşı hiperhəssaslıq.
İstifadə qaydası və dozası:
Tornakson ən azı 30 dəqiqə müddətində venadaxili infuziya yolu ilə və ya tədrici venadaxili inyeksiya yolu ilə və ya dərin əzələdaxili inyeksiya yolu ilə yeridilə bilər.
Fasiləli inyeksiya yolu ilə 5 dəqiqədən artıq müddət ərzində venadaxili yeridilməni iri venalarda həyata keçirmək tövsiyə olunur. 1 yaşa qədər və 12 yaşa qədər uşaqlara 50 mq/kq b.k və daha böyük venadaxili dozaları infuziya şəklində yeritmək lazımdır.
Rəylər (0)