İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR:
Sefriakson natrium geniş spektrli sefalosporin qrupu antibiotikdir. Sefriakson in vitro bir çox
Gram + və Gram – bakteriyalara, o cümlədən laktamaz ifaz edən bakteriyalara qarşı
effektivdir. Preparat immunodefsiti olan xəstələrdə istifadı oluna bilər. Cərrahi infeksiyaların
profilaktikası məqsədilə təyin edilə bilər.
ƏKS GÖSTƏRİŞLƏR:
Seftriaksona və ya digər sefalosporinlərə qarşı hiperhəssaslıq. Penisillinə və ya digər laktam
antibiotiklərinə qarşı müşahidə olunmuş sürətli hiperhəssaslıq reaksiyası. Yenidoğulmuşlarda
hipoalbuminemiya, asidoz və bilirubini birləşdirməyə təsir edən hər hansı bir patoloji vəziyyət
olduqda, fizioloji sarılıq olan yenidoğulmuşlarda TORNAXONın istifadəsi qadağandır.
XÜSUSİ GÖSTƏRİŞLƏR:
Seftriaksonun 56%-i böyrək, 44%-i isə qaraciyərlə xaric olunduğundan böyrək çatışmazlığı
olan xəstələrdə ( əgər qaraciyər pozğunluğu yoxdursa ) dozanı aşağı salmaq lazım gəlir.
Ancaq preterminal böyrək çatışmazlığı hallarında maksimal dozanı 2 q-dək azaltmaq lazımdır.
Qaraciyər çatışmazlığı: əgər böyrək funksiyalarında pozulma yoxdursa, dozanı azaltmaq
lazım gəlmir.
Hepatorenol çatışmazlıq zamanı: belə xəstələrdə zədələnmənin dərəcəsinə müvafiq olaraq
TORNAXON-ın yeridilməsi üçün requlyar interval seçilməlidir.
Yenidoğulmuşlar: maksimal doza sutkada 50 mq/kq olmalıdır.
Yaşlılar: əgər qaraciyər və böyrək çatışmazlığı yoxdursa, böyüklər üçün nəzərdə tutulmuş
dozadan istifadə etmək lazımdır.
İSTİFADƏ QAYDASI VƏ DOZASI:
12 yaşdan böyük uşaqlar və böyüklər: standart sutkalıq doza 1q. kəskin infeksiyalarda
sutkada 2-4 q, hər 24 saatdan bir.
Yenidoğulmuşlar ( 2 həftədən yuxarı ):sutkada bir dəfə 20-50mq/kq.
Uşaqlar ( 3 həftədən 12 yaşa qədər olan ): standart doza 20-50 mq/kq sutkada 1 dəfə.
Kəskin infeksiyalar zamanı dozanı 80 mq/kq-dək qaldırmaq olar. 50 kq və daha yuxarı çəkiyə
malik uşaqlara böyüklər üçün nəzərdə tutulmuş dozadan istifadə etmək lazımdır. 50 mq-kq-
dan yuxarı olan dozalar 30 dəq. müddətində yavaş intravenoz infuziya şəkilində
yeridilməlidir.
Yaşlılar: əgər onlarda qaraciyər və böyrək çatışmazlığı yoxdursa, onda böyüklər üçün
nəzərdə tutlmuş dozadan istifadə etmək lazımdır. Doza və yeridilmə üsulu infeksiyanın ağırlıq
dərəcəsindən asılıdır.
Müalicə müddəti 4-14 gün təşkil edir. Edir olarsa kurs müddətini artırmaq olar. Təkrar kurs
müalicəsindən 6 ay sonra tətbiq edilə bilər. Əməliyyatönü profilaktika: əməliyyatdan əvvəl 1
q əzələdaxili və ya venadaxili istifadə etmək olar.
DOZA HƏDDİNİN AŞILMASI:
Müşahidə olunmayıb.
ƏLAVƏ TƏSİRLƏR:
Ümumiyyətlə, seftriaksona tolerantlıq yaxşıdır. Əlavə təsirlər adətən, zəif və keçici olur. Ən
çox rast gəlinən əlavə təsirlərə diareya və ya formalaşmamış stul, nisbətən az təsadüf edilən
təsirlərlə isə ürəkbulanma, qusma, qlossit, stomatit aiddir. Dəri reaksiyalarından
makropapulyar səpgi, ekzantema, qaşınma, məxmərəyəbənzər səpgilər, ödem və allergik
reaksiyalar müşahidə oluna bilər.
TORNAXON 500 mq/2 ml poroşok və həlledici əzələdaxili inyeksiya üçün.
TORNAXON 1 q/3,5 ml poroşok və həlledici əzələdaxili inyeksiya üçün.
TORNAXON 1 q/10 ml poroşok və həlledici venadaxili inyeksiya üçün.
TORNAXON 2 q proşok məhlul hazırlanmaq üçün venadaxili infuziya üçün.
Tibbi ekvivalent məhsul: Seftriakson.
Rəylər (0)