İstifadəsinə göstərişlər:
Antibiotik aşağıdakı hallarda effektivdir:
Bakteriemiya, septisemiya və neonatal sepis
Tənəffüs sisteminin, sümük və oynaqların, MSS-nin ağır infeksiyalarının, intraabdominal infeksiyaların, yanıqlar zamanı və əməliyyatlardan sonrakı infeksiyaların müalicəsində
Sidik yollarının qrammənfi bakteriyalar tərəfindən törədilən ağır, ağırlaşmış və təkrarlanan infeksiyalarının müalicəsində.
Stafilokoklar tərəfindən törədilmiş infeksiyaların müalicəsində
Neonatal sepsisin müalicəsində
Amikasin gentamisin və torbamisinə qarşı rezistent olan qrammənfi bakteriyalar, xüsusilə PROTEUS RETTGERİ, PROVİDENCİA STUARTİİ, SERRATİA MARCESCENS və PSEUDOMONAS AERUGİNOSA tərəfindən törədilən ifeksiyalar zamanı effektlidir.
Əks göstərişlər:
Amikasinə və ya prepratın digər komponentlərinə qarşı yüksək həssaslıq.
Miasteniya Qravis.
İstifadə qaydası və dozası:
Əzələdaxili istifadə
Həssas mikroorqanizmlər tərəfindən törədilmiş infeksiyalar zamanı məsləhət görülən dozalarda istifadə edildikdə 24-48 saat ərzində müalicəyə cavab alınır. Müalicə müddəti adətən 7-10 gün təşkil edir.
Böyüklər və uşaqlar: sutkalıq doza 15 mq/kq təşkil edir və 2 yaxud 3 bərabər hissəyə bölünərək 8-12 saatdan bir istifadə olunur.
Yenidoğulmuş və yarımçıqdoğulmuş uşaqlar: ilkin doza 10 mq/kq olmaqla, daha sonra 15 mq/kq dozada hər 12 saatdan bir istifadə edilir.
Sidik-ifrazat sistemi infeksiyaları: 7.5 mq/kq/gün dozada 2 hissəyə bölünərək hər 12 saatdan bir istifadə edilir.
Rəylər (0)