İstifadəsinə göstərişlər:
Dərman vasitəsi tobramisinə həssas mikroorqanizmlər tərəfindən törədilən konyunktivit, keratit və buynuz qişasının xorası kimi gözün səthi bakterial infeksiyalarının müalicəsi üçün istifadə olunur.
Əks göstərişlər:
Dərman vasitəsi tobramisinə, gentamisinə və ya preparatın hər hansı bir komponentinə hiperhəssaslıq olduğu halda istifadə edilmir.
İstifadə qaydası və dozası:
Adi doza 7-8 gün ərzində hər gözün konyunktiva kisəsinə gündə 2 dəfə 1 damcı təşkil edir. Ağır proses zamanı: instillyasiyanın ilk 4 günü. Sonralar, 7-8 gün davam edən müalicə müddətinin sonuna qədər, gündə 2 dəfə hər gözün konyunktiva kisəsinə 1 damcı damızdırılır.
Doza həddinin aşılması:
Simptomları: nöqtəvi keratit, eritema, gözlərin yaşarması, göz qapaqlarının qaşınması və ödemi.
Əlavə təsirləri:
Tez-tez: gözlərin qaşınması, hiperemiyası, yaşarması.
Nadir: gözlərdə allergik reaksiyalar, gözlərdə diskomfort, konyunktivanın ödemi, göz qapaqlarının ödemi, göz qapaqlarının eriteması.
Rəylər (0)