İstifadəsinə göstərişlər: · 1. Blefarit · 2. Konyunktivit · 3. Keratitlər (epitelin zədələnməməsi zamanı) · 4. Əməliyyatdan sonrakı infeksiyaların profilaktikası Əks göstərişlər: Herpes simplex tərəfindən törədilən keratit (dendrid keratiti), su çiçəyi və buynuz qişanın və konyunktivanın digər virus xəstəlikləri. Gözlərin mikobakterial infeksiyası. Preparatın istənilən komponentinə qarşı hiperhəssaslıq. Preparat buynuz qişadan yad cismin çıxarılması ağırlaşdığı hallarda tövsiyə olunmur. İstifadə qaydası və dozası: Suspenziya: Hər 4-6 saatdan bir konyunktiva kisəsinə bir və ya iki damcı tökülür. Saxlanılma şəraiti:8-27°C temperaturda saxlanılmalıdır. Suspenziya şaquli vəziyyətdə saxlanılmalı və istifadədən qabaq çalxalanmalıdır.
Tobradeks suspenziyasının hər bir ml-nin tərkibi: Aktiv maddələr: tobramisin 0,3% (3 mq) və deksametazon 0,1 % (1mq); Konservantlar: benzalkonium xlorid (0,01%);
Rəylər (0)