İstifadəsinə göstərişlər:
Tiyolak 500mq/8mq tabletlər 16 yaşından yuxarı olan yeniyetmələr və böyüklər üçün osteoastrit, onurğa sütununda ağrılı sindromların, oynaqlarla əlaqəli olmayan revmatizm, onurğa sütunun kəskin patologiyalarında ağrılı əzələ spazmlarının, travmadan və cərrahi müdaxilələrdən sonra ağrıların müalicəsi üçün istifadə olunur.
Əks göstərişlər:
Aşağıda qeyd olunan xəstələrdə istifadəsi əks göstərişdir:
Etodolak və və ya tiokolxikozidə və ya tərkibində olan köməkçi maddələrdən hər hansı birinə qarşı hiperhəssaslıq;
Aspirin və ya digər QSİƏP-rə qarşı müalicə zamanı allergik reaksiyaların çarpaz dərman reaksiyası səbəbindən inkişaf etməsi və ya anamnezdə kəskin astma, rinit və övrə olan xəstələrdə;
Relaksasiya ilə iflic;
Əzələ hipotoniyası;
Hamiləlik və laktasiya dövründə;
16 yaşında və ondan aşağı yaşda olan pediartik xəstələr
Reproduktiv yaşda olan və kontraseptiv üsullardan etməyən qadınlarda.
İstifadə qaydası və doza:
Böyüklərdə 1 örtüklü tablet gündə maksimum 2 dəfə istifadə olunur. Müalicənin ümumi müddəti 7 ardıcıl gün ilə məhdudlaşdırılır.
Təhlükəsizlik baxımından 16 yaşdan kiçik xəstələrdə istifadə olunmur.
Rəylər (0)