İstifadəsinə göstərişlər:
Ürək və baş beyin damarları aterosklerozunun, arterial hipertenziyanın, periferik damar aterosklerozunun, xroniki ürək çatışmazlığının, hiperxolesterinemiyanın, ağciyərlərin xroniki obstruktiv kompleks müalicəsi üçün istifadə olunur.
Əks göstərişlər:
Hiperhəssaslıq, böyrək funksiyalarının ağır dərəcəli pozğunluqları. Miokard infarktı.
İstifadə qaydası və dozası:
Preparatı yemək zamanı daxilə qəbul etmək lazımdır.
Böyüklərə ürək və baş beyin damarları aterosklerozu, periferik damarların aterosklerozu zamanı - 5 ml dozada sutkada 3-8 dəfə qəbul etmək.
Hiperxolesterinemiya, arterial hipertenziya zamanı - 5 ml sutkada 3-6 dəfə qəbul et.
Doza həddinin aşılması:
Simptomları:
Yüksək həssaslıq reaksiyaları, hipoqlikemik vəziyyətlər.
Müalicəsi:
Yuxarıda göstərilən hallar meydana çıxdıqda, preparatın istifadəsini dayandırmaq vacibdir. Mədənin yuyulması və sorbentlərin istifadəsi göstərişdir.
Əlavə təsirləri:
Skelet-əzələ sistemində baş verən pozğunluqlar: oynaq ağrıları.
Həzm traktında baş verən pozğunluqlar : nadir hallarda - mədə və bağırsaqda yüngül narahatlıq hissi.
İmmun sistemində baş verən pozğunluqlar: bronxospazm daxil olmaqla, hiperhəssaslıq reaksiyaları.
Rəylər (0)