İstifadəsinə göstərişlər:
Az miqdar eksudatın xaricolması və superinfeksiyanın meydana çıxması ilə müşaiyət olunan, tirotrisinə qarşı həssas patogen mikroorqanizmlərin törətdikləri səthi yaralar.
Əks göstərişlər:
Preparatın tərkibində olan komponentlərə qarşı yüksək həssaslıq;
Burunun selikli qişasında istifadəsi.
İstifadə qaydası və dozası:
Geli nazik təbəqə ilə gündə 2-3 dəfə dərinin zədələnmiş nahiyələrinə çəkmək lazımdır.
Böyük zədələnmələr və ya sulanan yaralar olduqda, qoruyucu bandajdan istifadə etmək tövsiyə olunur ki, bunu da, hər 1-2 gündən bir dəyişmək lazımdır.
Əlavə təsirləri:
Allergik reaksiyalar müşahidə oluna bilər.
Rəylər (0)