1 kapsul gündə 1 dəfə yeməkdən əvvəl az miqdarda su ilə qəbul olunur.
Qalxanvari vəzin normal fəaliyyəti üçün zəruri olan komponentlərin defisiti ilə müşahidə olunan hormonal pozğunluqları aradan qaldırmaq üçün təbii komponentlər əsasında hazırlanmış peraparatdır. Tərkibindəki aktiv komponentlərin kompleks təsiri səviyyəsində TİROİD FORMULA qalxanvari vəzin funksiyasini normallaşdırır, hormonal balansın tənzimlənməsinə kömək edir.
- Qalxanvari vəzin L-tirozin və yod defisiti ilə bağlı hormonal çatışmazlığı (hipotireoz, endemik zob), həmçinin ümumi halsızlıq,zehni və fiziki fəaliyyətin zəifləməsi,xroniki yorgunluq sindiromu ilə müşahidə olunan funksional pozğunluqları
- Yod çatışmazlığına səbəb olan bəzi dərman vasitələrinin mütəmadi qəbulu (qlükokortikosteroidlər,salisilatlar, bürüyücü vasitələr və s.)
ƏKS GÖSTƏRİŞLƏR:- Qalxanvari vəz hormonlarınin səviyyəsinin artması ilə müşahidə olunan patalogiyalar
- Preparatın tərkibindəki komponentlərdən hər hansı birinə qarşı yüksək həssaslıq
- 14 yaşdan kiçik uşaqlar.
XƏBƏRDARLIQ: Hamiləlik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşın. Tirozin mübadiləsinin pozulması ilə xarakterizə olunan irsi xəstəliklər zamanı peraparat həkim məsləhəti ilə qəbul edilməlidir. preparatın qeyri selektiv antidepresantlar və antitiroid dərmanlarla birgə qəbulu məsləhət deyil.SAXLANMA ŞƏRAİTİ: 25-c dən aşağı temperaturda,işıqdan və rütubətdən qorumaqla saxlayın
İSTEHSALÇI ÖLKƏ: Serbiya
Rəylər (0)