Sarı rəngli, nazik pərdə ilə örtüklü və hər iki səthində sındırmaq üçün xətt olan tabletləridir.
Göstərişlər:
Alfa-lipoy turşusu orqanizmin hər bir hüceyrəsinin daxilində təbii olaraq aşkar edilən yağ turşusudur. O, orqanizmin normal fəaliyyət göstərməsi üçün lazım olan enerjinin hasil edilməsində iştirak edir. Alfa-lipoy turşusu qlükozanı enerjiyə çeviri.
Alfa-lipoy turşusu həmçinin xəstəliklər, toksinlər və yaşlaşma ilə əlaqədar meydana çıxan və zədələyici təsirə malik zərərli kimyəvi maddələri-sərbəst radikalları netrallaşdırmaq qabiliyyətinə malik olan antioksidantdır.
Əks göstərişlər:
Alfa-lipoy turşusuna və ya Tioqamma 600 oral tabletlərinin digər inqrediyentlərinə qarşı allergiya olduqda.
İstifadə qaydası və dozası:
Adi gündəlik doza 1 örtüklü Tioqamma 600 oral tabletidir. İlk qida qəbulundan təxminən 30 dəq əvvəl qəbul edilir. Əgər preparatı qida ilə eyni vaxtda qəbul etsəniz, alfa-lipoy turşusunun qana keçməsi pozulur və preparat lazımı effekti göstərə bilmir.
Tioqamma 600 oral örtüklü tabletləri bütöv halda və çoxlu miqdarda su ilə acqarına qəbul edilməlidir.
Təsiredici maddə: 1 örtüklü tabletin tərkibində 600 mq alfa-lipoy turşusu vardır.
Köməkçi maddə: hipromelloza, natrium-karmelloza, 30%-li simetikon emulsiyası, laktoza monohidrat, maqnezium-stearat, makroqol 6000, talk, natrium laurilsulfat, mikrokristallik sellüloza, kolloidal silisium anhidridi.
Rəylər (0)