İstifadəsinə göstərişlər:
Diabetik polineyropatiya zamanı paresteziya.
Əks göstərişlər:
Tiokt turşusuna və preparatın digər komponentlərinə qarşı yüksək həssaslıq, ürək və tənəffüs çatışmazlığı, miokard infarktının kəskin fazası, beyin qan dövranının kəskin pozulması, xroniki alkoqolizm və laktoasidoza səbəb ola biləcək digər vəziyyətlər.
İstifadə qaydası və dozası:
Dərman vasitəsi gündə 600 mq-lıq dozada venadaxili damcı infuziyası şəklində yeridilməlidir.
Bunun üçün dərman vasitəsi məhlulun 20 ml-ı 0,9%-lik natrium xlorid məhlulunun 50-250 ml-da həll edilməlidir. Məhlul yavaş-yavaş yeridilməlidir; infuziya müddəti minimum 30 dəqiqə təşkil etməlidir.
Rəylər (0)