İstifadəsinə göstərişlər:
Bronxospazm ilə müşayiət olunan öskürəyin simptomatik müalicəsi: traxeobronxit, obstruktiv bronxit, bronxial astma.
Bəlğəmin sekresiyasının və onun xaric olunmasının pozulması ilə müşayiət olunan tənəffüs yollarının kəskin və xroniki xəstəliklərinin müalicəsi: ağciyərlərin xroniki obstruktiv xəstəliyi, pnevmoniya, ağciyər emfizeması, bronxoektaziya, ağciyər vərəmi, pnevmokonioz, sinusit.
Əks göstərişlər:
Ambroksola, bromheksinə və ya preparatın digər komponentlərindən hər hansı birinə qarşı yüksək həssaslıq.
İstifadə qaydası və dozası:
Terbrofen şərbət yeməkdən 30 dəqiqə sonra daxilə qəbul edilir.
Həkim tərəfindən başqa cür təyin edilməyibsə aşağıdakı dozalarda istifadə edin.
0-6 yaş arası uşaqlar: 5-10 ml gündə 2-3 dəfə.
2 yaşa qədər uşaqlarda istifadəsi yalnız həkim təyinatı və nəzarəti ilə mümkündür.
6-12 yaş arası uşaqlar: 10 ml gündə 3 dəfə.
12 yaşdan yuxarı uşaqlar və böyüklər: 10-20 ml gündə 3 dəfə.
Doza həddinin aşılması:
Simptomları: ürəkbulanma, mədə-bağırsaq diskomfortu, baş ağrısı, narahatlıq.
Müalicəsi: mədənin yuyulması, aktivləşdirilmiş kömürün qəbulu.
Əlavə təsirləri:
İmmun sisteminə: allergik reaksiyalar, qızdırma.
Dəri və dərialtı toxumaya: övrə.
Sinir sisteminə: başgicəllənmə, baş ağrısı, əsəbilik, tremor, yuxululuq.
Rəylər (0)