İstifadəsinə göstərişləri:
TERAPİN BİD 1000 mq həssas mikroorqanizmlər tərəfindən törədilən bakterial infeksiyaların müalicəsində istifadə olunur.
Yuxarı tənəffüs yolları infeksiyaları (LOR orqanları daxil olmaqla): təkrarlanan tonzilit, sinusit, orta otit.
Aşağı tənəffüs yolları infeksiyalar: bronxit, paylı və bronxopnevmoniya.
Sidik yolları infeksiyaları: sistit, uretrit, pielonefrit.
Dəri və yumşaq toxuma infeksiyaları: sellülit, heyvan dişləmələri.
Stomatoloji infeksiyalar: odontogen abses.
Digərləri: doğuşdan sonra yaranan sepsis, intraabdominal sepsis.
Əks göstərişlər:
Penisillin və sefalosporin sırası antibiotiklərinə qarşı yüksək həssaslıq; TERAPİN BİD 100 mq əvvəlki qəbulu zamanı xolestatik sarılıq/qaraciyər disfunksiyasının baş verməsi.
İstifadə qaydası:
Böyüklər və 12 yaşdan yuxarı uşaqlarda:
Ağır infeksiyalar və tənəffüs yolu infeksiyalarında TERAPİN BİD 1000 MQ hər 12 saatdan bir 1 tabletdən (875 mq amoksisilin+mq klavulan turşusu) çeynənilmədən qəbul edilir. Müalicə müddəti 14 gün təşkil edir. Mədə-bağırsaq sistemi tərəfindən əlavə təsirlərin ehtimalını azaltmaq üçün TERAPİN BİD 1000 MQ yeməkdən bilavasitə əvvəl qəbul etmək lazımdır.
Əlavə təsirləri:
Əlavə təsirlər orqan sistemləri üzrə göstərilir və tezliyinə görə təsnif edilir:çox tez-tez (>1\1<0);tez-tez (>1\100, <1\10); bəzən (>1\1000, <1\100); nadir (>1\10.000, 1\1000); çox nadir (<1\10.000); məlum deyil ( mövcud məlumatlara əsasən qiymətləndirmək mümkün deyil.
Rəylər (0)