İstifadəsinə göstərişlər:
TENDEM kremi pəncənin epidermofitiyası, qasıq göbələyi, bədən göbələyi, səpgi, və Pityriasis versicolor kimi göbələk infeksiyalarının müalicəsində istifadə olunur.
Əks göstərişlər:
Terbinafinə və ya kremin tərkibindəki hər hansı digər köməkçi maddələrə qarşı yüksək həssaslıq (allergiya) varsa.
İstifadə qaydası və dozası:
Pəncənin epidermofitiyası: 1 həftə ərzində gündə 1 dəfə.
Qasıq göbələyi və bədən göbələyi: 1 həftə ərzində gündə 1 dəfə.
Səpgi: 1 həftə ərzində gündə bir və ya iki dəfə.
Pityriasis versicolor: 2 həftə ərzində gündə bir və ya iki dəfə.
Kremi aşağıda göstərildiyi kimi tədbiq edin.
Dərini və ətrafdakı zədələnmiş nahiyələri yaxşıca təmizləyin, qurudun və əllərinizi yuyun.
Tubdan il istifadə etdiyiniz zaman o, möhürlənəcək. Qapağın üstündəki ucluqdan istifadə edərək möhürü deşin.
Tubun qapağını bağlayın.
Zədələnmiş dəri və ətraf nahiyələrdə nazik təbəqə yaratmaq üçün kifayət qədər krem çəkin.
Əllərinizi yuyun, əks halda infeksiyanı dərinizin digər hissələrinə və ya başqa insanlara yaya bilərsiniz.
Doza həddinin aşılması:
Təsadüfən Sizə deyiləndən çox krem çəkmisinizsə, kremi silmək kifayətdir. Bu Sizə zərər verməyəcək.
Rəylər (0)