İstifadəsinə göstərişlər:
Beyin qan dövranının kəskin pozulmaları;
Kəllə-beyin travması, kəllə-beyin travmasının nəticələri;
Dissirkulyator ensefalopatiya;
Neyrosirkulyator distoniyaa;
Aterosklerotik mənşəli yüngül qoqnitiv pozğunluqlar.
Əks göstərişlər:
Preparata qarşı yüksək fərdi həssaslıq, qaraciyər və ya böyrək çatışmazlığı.
İstifadə qaydası və dozası:
TEMİDOKS əzələdaxili və ya venadaxili təyin olunur. Doza fərdi seçilir. İnfuzion daxil etmə üsulu zamanı natrium xloridi fizioloji məhlulda (200 ml) həll etmək lazımdır. Böyüklərin müalicəsini gündə 1-3 dəfə 50-100 mq dozadan başlamaq və terapevtik alınanadək tədricən dozanı artırmaq lazımdır.
Toza həddinin aşılması:
Doza həddinin aşılması zamanı yuxululuq ola bilər. Göstərilən yuxu pozulması simptomları müstəqil şəkildə bir neçə gün ərzində aradan qalxır. Müalicə - dezintoksikasiya terapiyasıdır.
Əlavə təsirləri:
Ürək-damar sisteminə: arterial təzyiqin artması və ya azalması.
Sinir sisteminə: yuxululuq, yuxuya getmə prosesinin pozulması.
Həzm sisteminə: ürəkbulanma, ağız selikli qişasında quruluq.
İmmun sisteminə: preparata qarşı fərdi ifrat həssaslıq, dəri səpmələri.
Rəylər (0)