İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR:
Nevrologiya:
- beyin qan dövranının kəskin pozğunluqlarının nəticələri:
- həyəcan simptomları ilə nevrotik və ya nevrozabənzər vəziyyətlər:
- neyrosirkulyator distoniya:
- müxtəlif mənşəli ensefalopatiyalar:
- müxtəlif mənşəli yüngül konitiv pozğunluqlar:
- yüngül kəllə-beyin travması, kəllə-beyin travmalarının nəticələri:
- yaddaşın pozulması, ahıl yaşlı insanlarda intellektual çatışmazlıq:
- astenik vəziyyətlər, stress faktorların təsiri:
Kompleks müalicənin tərkibində kardiologiya:
- ürəyin işemik xəstəliyi:
- ürəyin böhran gedişli arterial hipertenziya ilə: xroniki ürək çatışmazlığı ilə: mədəcik aritmiyaları ilə fəsadlaşmış işemik xəstəliyi:
- aterogen tipli dislipoproteidemiyalar.
ƏKS GÖSTƏRİŞLƏR:
Kəskin qaraciyər və\və ya böyrək çatışmazlığı, preparata qarşı yüksək fərdi həssaslıq.
HAMİLƏLİK VƏ LAKTASİYA DÖVRÜNDƏ İSTİFADƏSİ:
Bu kateqoriya pasiyentlərdə istifadəsi əks göstərişdir.
İSTİFADƏ QAYDASI VƏ DOZASI:
Temidoks daxilə təyin edilir.Müalicəvi dozaları və müalicə müddəti xəstələrin preparata həssaslığından asılı olaraq müəyyən edilir.Müalicəyə 250-500 mq dozalarla başlanılır, orta gündəlik doza 250-500 mq təşkil edir, maksimal-800 mq.Gündəlik doza gün ərzində 2-3 qəbula bölünür.
Həyəcanlı vəziyyətdə olan, neyrosirkulyator disfunksiyaları və koqnitiv pozğunluqları olan xəstələr Temidoks-u 2-6 həftə ərzində qəbul edirlər.Alkoqol abstinent sindromunu aradan qaldırmaq üçün preparat 5-7 gün ərzində qəbul edilir.
Ürəyin işemik xəstəliyi olan xəstələrdə Temidoksla müalicə müalicə kursunun müddəti-ən azı 1.5-2 ay.İl ərzində yaz-payız dövründə iki aylıq müalicə kursunun keçirilməsi tövsitə olunur.ÜİX zamanı əldə edilən effektin saxlanması üçün Temidoksun parenteral yeridilməsindən sonra preparatın istifadəsini tablet formasının gündə 3 dəfə 125 mq dozada daxilə qəbulu ilə davam etdirmək tövsiyə olunur.
Temidoksun dislipoproteinemiyanın korreksiyası üçün, böhran gedişli arterial hipertenziya ilə, xroniki ürək çatışmazlığı ilə, mədəcik aritmiyaları ilə fəsadlaşmış ÜİX-nin kompleks müalicəsində preparat davametmə müddətinə görə müalicə kursuna məhdudlaşdırma qoyulmadan, gündə 3-4 dəfə 125 mq dozada təyin edilir.
Temidoks preparatı ilə kurs müalicə dozanı 2-3 gün ərzində tədricən azaltmaqla dayandırılır.
ƏLAVƏ TƏSİRLƏRİ:
Nadir hallarda-ürəkbulanma, ağızın selikli qişasının quruması, allergik reaksiyalar, yuxuyameyllik, yuxuyagetmə prosesinin pozulması, həyəcan hissi, emosional reaktivlik, distal hiperhidroz, başağrısı, koordinasiyanın pozulması, arterial təzyiqin yüksəlməsi, arterial təzyiqin azalması.
DOZA HƏDDİNİN AŞILMASI:
Doza həddinin aşılması zamanı yuxuyameyllik mümkündür.
Müalicəsi:
Dezintoksikasion müalicə.
Uşaqlar:
Pediatrik təcrübədə istifadə olunmur.
SAXLANMA ŞƏRAİTİ:
30oC-dən yüksək olmayan temperaturda, orijinal qutusunda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
RESEPT ƏSASINDA BURAXILIR.
İSTEHSALÇI:
Ukrayna.
Rəylər (0)