İstifadəsinə göstərişlər:
-dəri və yumuşaq toxumaların ağırlaşmış inyeksiyaları;
-sümük və oynaqların inyeksiyaları;
-xəstəxanadaxili pnevmoniya;
-xəstəxanadankənar;
-sidikçıxarıcı yolların ağırlaşmış infeksiyaları;
-infeksion endokardit.
Əks göstərişlər:
Teykoplaninə və ya preparatın köməkçi maddələrindən hər hansı birinə qarşı yüksək həssaslıq.
İstifadə qaydası və dozası:
Preparat venadaxili və əzələdaxili yeridilmə üçün nəzərdə tutulub. Venadaxili yeridilmə bolüs şəklində ola bilər ki, bu zaman 3-5 dəqiqə ərzində və ya 30-dəqiqəlik infuziya şəklində yeridilir. Ampuladakı həlledici şprisə yığılır və içində təsiredici maddə olan flakona yavaş yavaş yeridilir. Bu şəkildə hazırlanmış məhlul 24 saat ərzində 2 C-8 C temperaturda stabil hesab olunur.
Doza həddinin aşılması:
Doza həddinin aşılması qeyd olunmuş pasiyentlərin yaşı 29 gün təşkil etmişdir.
Doza həddinin aşılması yarandığı zaman simptomatik müalicə təyin olunur.
Əlavə təsirləri:
Sinir sisteminə: bəzən-başhərlənmə, başağrısı.
Eşitmə orqanlarına və labirintə: bəzən-karlıq, eşitmənin zəifləməsi, qulaqlarda küy.
Mədə-bağırsaq sisteminə: bəzən-diareya, ürəkbulanma, qusma.
Rəylər (0)