İstifadəsinə göstərişlər:
Dərinin əsasən Candida göbələyi tərəfindən törədilən maya infeksiyaları.
Pityrosporum orbiculare tərəfindən törədilən əlvan dəmrov.
Əks göstərişlər:
Terbinafinə və ya kremin tərkibindəki digər hər hansı köməkçi maddələrə qarşı yüksək həssaslıq halları.
İstifadə qaydası və dozası:
Tefisen kremi gündə bir və ya iki dəfə tətbiq oluna bilər.
Bədənin gövdə və qasıq hissəsinin mikozu: 1-2 həftə
Ayaq göbələyi: 1 həftə
Dəri kandidozu: 2 həftə.
Əlavə təsirləri:
Tətbiq olunan sahələrdə qaşınma, dərinin qabıqlanması, tətbiqi sahəsində ağrı, qıcıqlanma.
Doza həddinin aşılması:
Tefisen kreminin yüksək miqdarda təsadüfən udulması nəticəsində yaranan əlavə təsirlərin Tefisen tərkibli tabletlərin doza aşımı hallarında müşahidə olunan təsirlərlə bənzər olduğu ehtimal edilir.
Rəylər (0)