İstifadəsinə göstərişlər:
Tansifa Plyus arterial hipertenziyanın müalicəsində istifadə olunur.
Tansifa Plyus qan təzyiqinə tək kandesartan və ya amlodipin, yaxud kandesartan/amlodipin kombinasiyası ilə kifayət qədər nəzarət olunmayan xəstələrdə istifadə olunur.
Əks göstərişlər:
Kandesartan sileksetil, amlodipin və ya digər dihidropiridin törəmələrinə, hidroxlorotiazidə yaxud hər hansı köməkçi maddəyə qarşı hiperhəssaslıq;
Tərkibində sulfonamid törəmələri olan dərmanlara qarşı allergiya;
Hamiləlik və laktasiya;
Ağır qaraciyər çatışmazlığı və ya xolestaz;
Ağır böyrək çatışmazlığı;
Podaqra;
Refrakter hipokaliemiya;
Refrakter hiperkalsiemiya;
18 yaşdan aşağı uşaqlar;
Şəkərli diabet və ya böyrək çatışmazlığı olan xəstələrdə aliskiren tərkibli dərman vasitələri ilə yanaşı istifadə;
Ağır hipotenziya;
Şok;
Sol mədəciyin çıxış yolunun obstruksiyası;
Kəskin miokard infarktından sonra hemodinamik cəhətdən qeyri-stabil ürək çatışmazlığı;
Anuriya.
İstifadə qaydası və dozası:
Tövsiyə olunan doza gündə 1 tablet təşkil edir.
Tansifa Plyus gündə bir dəfə qida ilə birgə və ya qidasız qəbul edilir. Qida Tansifa Plyus preparatının biomənimsənilməsinə təsir göstərmir.
Yaşlı xəstələrdə başlanğıc dozanın tənzimlənməsinə ehtiyac yoxdur. Yaşlılarda normal doza rejimi tövsiyə olunur, lakin dozanın artırılması ehtiyatla aparılmalıdır. Qan təzyiqinə nəzarət olunmalıdır. Tansifa Plyus 75 yaşdan yuxarı xəstələrdə çox diqqətlə istifadə olunmalıdır.
Kandesartanın antihipertenziv təsiri qaradərili xəstələrdə qaradərili olmayan xəstələrə nisbətən daha az nəzərə çarpır. Bu səbəbdən qan təzyiqini nəzarətdə saxlamaq üçün qaradərili xəstələrdə Tansifa Plyus preparatının dozasının artırılmasına və ya yanaşı müalicəyə daha çox ehtiyac ola bilər.
Sinkler Denola
August 20, 2025Lorem Ipsum is simply dummy text of the printing and typesetting industry. Lorem Ipsum has been the industry's standard dummy text ever since the when an unknown printer took a galley of type and scrambled it to make a type specimen book. It has survived not only five centuries but also the leap electronic typesetting, remaining essentially unchanged. It was popularised in the with the release of Letraset sheets containing Lorem Ipsum passages, and more recently with desktop publishing software like Aldus PageMaker including versions of Lorem Ipsum.
Reply