İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR : Açıqbucaqlı qlaukoma və göz hipertenziyalı pasiyentlərdə yüksəlmiş gözdaxili təzyiqi aşağı salmaq üçün istifadə edilir.
Monoterapiya şəklində aşağıdakı pasiyentlərdə :
- tərkibində konsentrat olmayan göz damcısı göstəriş olduqda ;
- birinci xətt preparatlara terapiyadan kifayət qədər reaksiya olmadıqda ;
- birinci xətt preparatlara terapiyaya qarşı dözümsüzlük oldduqda və ya həmin preparatlara əks göstəriş olduqda .
Beta-blokatorlara əlavə terapiya kimi . Taflotan 18 yaşdan böyük pasiyentlərə göstərişdir .
ƏKS GÖSTƏRİŞLƏR : Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq.
İSTİFADƏ QAYDASI VƏ DOZASI : Taflotan preparatının məsləhət görülən dozası zədələnmiş gözün koyuktival kisəciyinə sutkada 1 dəfə axşam vaxtı damızdırılır .Preparatı ciddi olaraq sutkada 1 dəfə damızdırmaq lazımdır, belə ki, daha tez-tez istifadəsi gözdaxili təzyiqin enməsi effektinin azalmasına səbəb ola bilər.
Rəylər (0)