İstifadəsinə göstərişlər:
Takrolin 0,1% məlhəmi 16 yaşından yuxarı yeniyetmələrdə və böyüklərdə istifadə olunur.
Böyüklər və yeniyetmələr ( 16 yaş və daha yuxarı)
Yerli kortikosteroidler kimi ənənəvi müalicələrə adekvat cavab verməyən və ya onlara dözümsüzlük olan böyüklərdə orta ağırlıqlı və ağır atopik dermatitin müalicəsi.
Xəstəliyin kəskinləşməsi tezliyi yüksək olan, həmçinin takrolimus məlhəmi ilə gündə 2 dəfə maksimum 6 həftəlik müalicəyə ilkin cavab veren pasiyentlərdə kəskinləşmənin qarşısının alınması və kəskinləşmə intervallarının uzadılması üçün orta və ağır atopik dermatitin müalicəsi.
Əks göstərişlər:
Preparatın tərkibindəki təsiredici maddəyə və ya hər hansı köməkçi maddəyə, həmçinin makrolidlərə qarşı yüksək həssaslıq.
İstifadə qaydası və dozası:
Takrolin ilə müalicə atopik dermatitin diaqnostikası və müalicəsində tərcübəsi olan həkimlər tərəfindən aparılmalıdır.
Takrolin 2 güclü formada mövcuddur, Takrolin 0,03% məlhəm və Takrolin 0,1% məlhəm.
Rəylər (0)