İstifadəsinə göstərişlər:
Tabaz azitromisinə həssas bir və ya daha çox mikroorqanizmlərin səbəb olduğu infeksiyaların müalicəsi üçün istifadə olunur:
- Yuxarı tənəffüs yollarının infeksiyaları: Angina, tonzillit, sinusit, orta otit;
- Aşağı tənəffüs yollarının infeksiyaları: Bronxit,müxtəlif növ pnevmoniyalar;
- Dəri və yumşaq toxuma infeksiyaları: Laym xəstəliyinin ilk mərhələsi, qızıl yel, dərinin müxtəlif bakterial infeksiyaları.
Əks göstərişləri:
Azitromisinə, eritromisinə, digər makrolid və ketolid antibiotiklərinə, həmçinin, preparatın tərkibində olan köməkçi maddələrdən hər hansı birinə qarşı yüksək həssaslıq.
İstifadə qaydası və dozası:
Azitromisin suspenziya yalnız daxilə qəbul üçün nəzərdə tutulub.
Dəqiq doza suspenziyanı hazırladıqdan sonra komplektə daxil olan peroral dozalanma üçün şpris vasitəsilə ölçülməlidir. Tabaz preparatının tətbiqi qida qəbulundan asılı deyil.
Rəylər (0)