İstifadəsinə göstərişlər:
Birincili və ikincili osteoartroz, osteoxondroz, spondiloartroz.
Əks göstərişlər:
Qlükozaminə, lidokainə və preparatın digər komponentlərindən hər hansı birinə qarşı hiperhəssaslıq.
Tərkibində lidokain olması səbəbindən: ürək keçiriciliyinin pozulması, kəskin ürək çatışmazlığı, anamnezdə epileptiform qıcolmalar, böyrək və qaraciyər funksiyasının ağır xroniki pozğunluqları; hamiləlik və laktasiya dövrü, uşaqlar və 18 yaşına qədər yeniyetmələr.
İstifadə qaydası və dozası:
Yalnız əzələdaxili istifadə üçündür! Preparatı venadaxili istifadə etmək olmaz.
Yeridilmədən bilavasitə öncə ampul A və ampul B tərkibləri eyni şprisdə qarışdırılır. Hazır məhlul həftədə 3 dəfə olmaqla 4-6 dəfə ərzində əzələdaxili yeridilir.
Doza həddinin aşılması:
Doza həddinin aşılması halları müşahidə edilməyib.
Əlavə təsirləri:
Həzm sisteminə: meteorizm, diareya, qəbizlik.
Allergik reaksiyalar: məxmərək, qaşınma.
Yerli reaksiyalar: yüngül qaşınma.
Rəylər (0)