Şəffaf, rəngsiz və ya zəif sarımtıl mayedir.
Göstərişlər:
Kəskin və xroniki tənəffüs çatışmazlığı, pnevmoniya və digər infeksion xəstəliklər zamanı tənəffüsün tormozlanması. Kardiogen və anafilkatik şok. Geritariyada kəskin üək çatışmazlığı. Alkoqolla zəhərlənmə, yuxu dərmanları ilə zəhərlənmənin yüngül formaları.
Əks göstərişlər:
Kamforaya və novokainə qarşı yüksək həssaslıq, epilepsiya, qıcolma reaksiyalarına meyillik.
İstifadə qaydası və dozası:
Sulfokamfokain-darnitsa böyüklərdə 2 ml birdəfəlik dozada dəri altına, əzələ daxilinə və ya vena daxilinə yeridilir. Durulaşdırma üçün Ph-ı 5,5 -dən açağı olmayan izotonik natrium-xlorid məhlulu istifadə etmək lazımdır. Zərurət yaranarsa, preparat gündə 2-3 dəfə yeridilir. Sulfokamfokain-darnitsa vena daxilinə kəskin hallarda yeridilir. Xroniki tənəffüs və ürək çatışmazlığı zamanı preparat əzələdaxili və ya dərialtı yeridilir. Müalicə kursu 20-30 gün təşkil edə bilər. Böyüklər üçün maksimal gündəlik doza 12 ml-dir.
Təsiredici maddə: 1 ml məhlulun tərkibindı 100 mq sulfikamfokain vardır.
Köməkçi maddə: inyeksiya üçün su.
Rəylər (0)