İstifadəsinə göstərişlər:
Gözün preparata həssas bakteriyalar tərəfindən törədilən infeksion-iltihabı xəstəlikləri:
konyunktivitlər, blefaritlər, buynuz qişanın irinli yaraları.
Əks göstərişlər:
Anamnezdə preparatın tərkibindəki komponentlərə və sulfanilamidlərə qarşı hiperhəssaslığın olması.
İstifadə qaydası və dozası:
Sulfasil böyüklərin zədələnmiş gözünə gündə 5-6 dəfə olmaqla hər dəfə 2-3 damcı tökülür.
2 aylıqdan yuxarı uşaqların zədələnmiş gözünə 200ınq/ml məhluldan gündə 4-5 dəfə olmaqla hər dəfə 1-2 damcı tökülür.
Doza həddinin aşılması:
Preparatdan tez-tez istifadə etdikdə gözdə qızartı, qaşınma, göz qapaqlarının ödemi meydana çıxa bilər.
Əlavə təsirləri:
Müalicə zamanı buynuz qişanın bakterial və göbələk mənşəli xoraları qeydə alınmışdır.
Daha çox yerli qıcıqlanma, iynəbatma və yanğı hissi kimi reaksiyalar haqqında məlumat yayılmışdır.
Rəylər (0)