İstifadəsinə göstərişlər:
STOMATİDİN ağız boşluğunun kiçik infeksiyaları zamanı, o cümlədən süd yarasının, qinqivitin müalicəsi və profilaktikasında yardımçı vasitə kimi, habelə anginanın və residivləşən aftoz xoraların müalicəsi zamanı göstərişdir. STOMATİDİN həmçinin, halitozun azaldılması üçün və stomatoloji cərrahi əməliyyatlardan əvvəl və sonra çox əhəmiyyətlidir.
Əks göstərişləri:
Heksetidinə və ya STOMATİDİN məhlulun hər hansı bir tərkib hissəsinə qarşı yüksək həssalıq.
6 yaşdan kiçik uşaqlar.
İstifadə qaydası və dozası:
Durulaşdırmayın.
Məhlulu udmayın, istifadə etdikdən sonra tüpürüb atın.
Böyüklər, 6 yaş və daha yuxarı uşaqlar üçün adi doza
Ağzınızı gündə 2-3 dəfə ən azı 15 ml durulaşdırılmamış STOMATİDİN məhlulu ilə 30 saniyə ərzində yaxalayın və ya qarqara edin.
6 yaşdan kiçik uşaqlar
STOMATİDİN məhlulunun 6 yaşdan kiçik uşaqlarda istifadəsi məsləhət görülmür.
Hamiləlik və laktasiya dövründə istifadəsi:
Hamiləlik və ya laktasiya dövründə STOMATİDİN məhlulundan istifadə etməzdən əvvəl həkiminizlə və ya əczaçınızla məsləhətləşin.
Rəylər (0)