İstifadəsinə göstərişlər:
Böyüklərdə kompleks müalicənin tərkibində:
İİV-infeksiyası; neyroinfeksiyalar_ seroz meningitlər və ensefalitlər, gənə borelliozu; A, B, C və D virus hepatitlər; herpetik infeksiyalar; sitomeqalovirus infeksiyası; kəskin və xroniki bakterial və göbələk infeksiyaları ilə assosiasiya olunmuş ikincili immunçatışmazlıqları; xlamidiya mənşəli infeksiyalar; revmatik xəstəliklər və birləşdirici toxumanın sistem xəstəlikləri; oynaqların degenerativ-distrofik xəstəlikləri.
Uşaqlarda kompleks müalicənin tərkibində:
A, B, C və D virus hepatitləri; herpetik infeksiya; İİV-infeksiyası.
Əks göstərişlər:
-Qaraciyər sirrozunun dekompensasiya mərhələsi;
-4 yaşa qədər uşaqlar;
-preparatın tərkibinə daxil olan komponentlərə qarşı yüksək həssaslıq;
-hamiləlik və laktasiya dövrü.
İstifadə qaydası və dozası:
Böyüklərdə
Preparat, əsas sxem üzrə, əzələ daxilinə və ya vena daxilinə sutkada 1 dəfə istifadə edilir: günaşırı.
Müalicə kursunun davametmə müddəti xəstəlikdən asılıdır.
Uşaqlarda
Preparat, əsas sxem üzrə, əzələ daxilinə və ya vena daxilinə sutkada 1 dəfə istifadə edilir: günaşırı. Sutkalıq terapevtik doza 6-10 mq/kq bədən kütləsinə təşkil edir.
Rəylər (0)