İstifadəsinə göstərişlər:
- Genital kandidoz, vaginal kandidoz (kəskin və xroiniki residiv verən), vaginal kandidozun residiv vermə tezliyinin azaldılmasında profilaktik məqsədlə (ildə 3 və daha çox epizodlar), kandidoz balaniti;
- antibiotiklərlə müalicədən sonra göbələk infeksiyasına qarşı profilaktik məqsədlə;
- dəri mikozları, bədənin mikozları, pəncənin mikozu, qasıq mikozu, onixomikoz, dəri kandidozu;
- immuniteti zəifləmiş xəstələrdə göbələk infeksiyasının profilaktikası məqsədilə;
- kriptokokkoz, kriptokokk meningiti, sistem kandidozlar.
Əks göstərişlər;
Flukonazol aktiv maddə kimi özü, yaxud pirrol və ya digər inqrediyentlərlə əlaqədar yüksək həssaslığı olan xəstələrdə istifadə olunmamalıdır.Çoxsaylı tədqiqatların nəticələrindən bəlli olub ki, Flukonazolun 400 mq/
gün və daha yüksək dozalarının təkrar qəbulu ilə yanaşı Terfenadin preparatının təyini əks göstərişdir.
İstifadə qaydası və dozası:
Fərdidir. Flukonazol gündəlik dozası göbələk infeksiyasının təbiətindən və ağırlıq dərəcəsindən asılı olaraq təyin olunur.
Vaginal kandidozda Sterinazol 150 mq olmaqla birdəfəlik dozada daxilə təyin olunur.Vaginal residivlərinin qarşısını almaq üçün Sterinazol ayda 1 dəfə 150 mq qəbul olunur.Müalicə müddəti fərdidir: 4-12 ay.
Pəncə, qasıq nahiyəsi, dəri mikozlarında Sterinazol 150 mq olmaqla həfətədə 1 dəfə təyin olunur.Müalicə müddəti 2-4 həfətdir.
Antibiotiklərlə müalicədən sonra və immunitet zəifliyində profilaktik məqsədlə Sterinazol 150 mq olmaqla həftədə bir dəfə təyin olunur.
Sistem kandidozlarda həfətədə 150-450 mq təyin olunur. Müalicə 2 il davam etdirilir.
Kriptokokk kandidozlarda həftədə 150-450 mq təyin olunur.Müalicə 2 il davam etdirilir.Kriptokokk meningitdə və digər lokalizasiyalı kriptokokklarda birinci gün 400 mq, sonrakı günlər isə 200-400 mq gündə 1 dəfə təyin olunur.
Müalicənin müddəti klinik effektdən asılıdr.
Əlavə təsirləri:
İstənilən digər preparatlar kimi Sterinazol ona qarşı yüksək həssaslığa malik pasiyentlərdə əlavə təsirlər yarada bilər.
Aşağıda qeyd olunan əklavə təsirlərdən hər hansı birinə rast gəlsəniz, Sterinazolun qəbulunu dayandırın və təcili olaraq yaxınlıqdakı xəstəxanaya və ya həkimə təcili yardım üçün müraciət edin:
- Qəfləti boğulma hissi, tənəffüsün çətinləşməsi, üzün, dodaqların və boğazın şişməsi; bu ağır allergik reaksiyanın əlaməti ola bilər.
- Dəridə qanlı suluqların və qabıqlanan qabarcıqların olması.
- Ciddi dəri yanıqlarının olması;
Qeyd olunan bu əlavə təsirlərə çox nadir hallarda rast gəlinir.
Sterinazol qaraciyərə mənfi təsir göstərə bilər. Bunun əlamətləri yorğunluq, iştahanın itməsi, qusma, gözün qişasının və dərinin saralması və s. Əgər belə hallar baş verərsə, Sterinazolun qəbulunu dayandırın və dərhal həkimə müraciət edin.
Sinkler Denola
August 20, 2025Lorem Ipsum is simply dummy text of the printing and typesetting industry. Lorem Ipsum has been the industry's standard dummy text ever since the when an unknown printer took a galley of type and scrambled it to make a type specimen book. It has survived not only five centuries but also the leap electronic typesetting, remaining essentially unchanged. It was popularised in the with the release of Letraset sheets containing Lorem Ipsum passages, and more recently with desktop publishing software like Aldus PageMaker including versions of Lorem Ipsum.
Reply