İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR:
Spitomin preparatı həyəcan hissi ilə müşayiət olunan vəziyyətləri və depressiv pozğunluqların müalicəsində müxtəlif dərman vasitələri ilə kombinasiyada istifadə edilir.
ƏKS GÖSTƏRİŞLƏR:
- epilepsiya;
- ağır böyrək patologiyası;
- ağır qaraciyər xəstəliyi;
- uşaqlar və 18 yaşa qədər yeniyetmələr bu yaş qrupu üçün preparatın təhlükəsizliyi və effektivliyi barədə məlumat yoxdur.
İSTİFADƏ QAYDASI VƏ DOZASI:
Böyüklər və yaşlı pasiyentlər: sutkada 2-3 dəfə bir 5 mq-lıq tablet. Tövsiyə edilən sutkalıq doza - bir neçə qəbula bölünən 15-30 mq-dır. Maksimal sutkalıq doza - bir neçə qəbula bölünən 60 mq-dır. Daxilə yeməkdən əvvəl və ya yeməkdən sonra, günün eyni vaxtında qəbul edilir ki, bu da preparatın konsentrasiyasının qanda sutka ərzində sabit qalmasını təmin edir.
ƏLAVƏ TƏSİRLƏR:
- ürəkgetmə tutması;
- qaşınan dəri səpgiləri;
- başgicəllənmə, başağrısı, yuxuyameyillik;
- əsəb gərginliyi, yuxusuzluq, diqqətsizlik, depressiya, yuxunun pozulması.
DOZA HƏDDİNİN AŞILMASI:
Ürəkbulanma, qusma, başgicəllənmə, yuxuya meyillik, qulaqlarda küy, təzyiqin aşağı düşməsi, nitqin pozulması, əl-ayaqlarda sıxıntı, əl və barmaqların əsməsi, qıcolma tutmaları, mədə-bağırsaq pozğunluqları.
Rəylər (0)