İstifadəsinə göstərişlər:
MBS-i pozğunluqlar: qusma, mədə xorası, oniki-barmaq bağırsaq xorası, diafraqmal yırtıq, qida borusu spazmı, yoğun bağırsağın qıcıqlanması, həmçinin. kəskin və spastik iltihabı.
Mədədə aparılmış cərrahi əməliyyatlardan sonra mədənin hərəki fəaliyyətinin pozulması.
Ginekoloji pozğunluqlar: ağrılı menstruasiya, çanaq nahiyəsində ağrı və spazmlar, həmçinin doğuşdan sonrakı spazmlar.
Əks göstərişlər:
Dərmanın komponentlərindən hər hansı birinə qarşı yüksək həssaslıq; anamnezdə qaraciyər patologiyası olarsa; xəstədə fiziki gərginlikdən və ya anesteziyadan sonra hipertermiya; 12 yaşa kimi uşaqlar; hamiləlik və laktasiya dövrü.
İstifadə qaydası və dozası:
Preparat yemək zamanı maye ilə birlikdə qəbul edilir.
Böyüklərə: standart dozada: 6 həftə ərzində gündə 2 dəfə 1 kapsul təyin edilir. Ağır hallarda və ya preparata qarşı dözümlülük olarsa, gündə 3 dəfə bir kapsul təyin edilə bilər.
Yaşlı şəxslərdə: standart dozadan yüksək dozada təyin edilməməlidir.
Uşaqlara: 12-18 yaş: standart doza təyin edilir. 12 yaşdan kiçik uşaqlara isə preparatın təyin edilməsi məsləhət görülmür.
Rəylər (0)