İstifadəsinə göstərişlər:
Qaraciyər və ödçıxarıcı yolların xəstəlikləri ilə əlaqədar saya əzələlərin spazmları: öddadşı xəstəliyi, xolesistit, perixolesistit, xolangit, papillit sidik-ifrazat sisteminin saya əzələlərinin spazmları: nefrolitiaz, uretrolitiaz, pielit, sistit, sidik kisəsinin tenezmləri.
Əks göstərişlər:
Drotaverinə və ya preparatın hər hansı komponentinə qarşı yüksək həssaslıq, ağır dərəcəli qaraciyər və ya böyrək çatışmazlığı.
İstifadə qaydası və dozası:
Böyüklər üçün gündəlik doza 120-240 mq təşkil edir. 12 yaşdan yuxarı uşaqlara gündəlik doza 160 mq-dan artıq olmamalıdır.
Doza həddinin aşılması:
Atrioventrikulyar blokada, ürək əzələsinin oyanıqlığının azalması mümkündür. Doza həddinin aşılması zamanı simptomatik müalicə tövsiyə olunur.
Əlavə təsirləri:
Mədə-bağırsaq pozğunluqları:
nadir - ürəkbulanma, qəbizlik.
Sinir sistemi pozğunluqları:
nadir - baş ağrısı, başgicəllənmə, yuxusuzluq.
Ürək-damar sistemi pozğunluqları:
nadir - palpitasiya, çox nadir - arterial təzyiqin aşağı düşməsi.
Rəylər (0)