İstifadəsinə göstərişlər:
Biricili biliar sirrozu müalicəsi üçün, dekompensasiya olunmuş qaraciyər sirrozu olmadıqda.
Öd kisəsi işlək vəziyyətdə olan pasiyentlərdə öd kisəsində xolesterin daşlarının əriməsi üçün.
Öd daşları rentgen görüntülərində kölgə kimi görünməməli və diametri 15 mm-dən çox olmamalıdır.
Qaraciyər transplantasiyası olan pasiyentlərdə öd daşının/xolestazın profilaktikası.
Hamiləlikdə qaraciyərdaxili xolestaz.
Kistik fibrozla əlaqəli hepatobiliar xəstəliklərin müalicəsi.
Əks göstərişləri:
Öd kisəsinin və ya öd yollarının kəskin iltihabı
öd yollarının tıxanıqlığı
öd yollarının tez-tez sancışəkilli tutmaları
rentgenkontrast kalsifikasiya olunmuş öd daşları
öd kisəsinin yığılma qabiliyyətinin pozulması
öd turşularına və ya preparatın hər hansı köməkçi maddəsinə qarşı yüksək həssaslıq
aktiv mədə və ya onikibarmaq bağırsaq xorası olan pasiyentlər və ya öd turşularının enterohepatik dövranı inhibə edən bağırsaq və ya qaraciyər pozğunluqları olan pasiyentlər
6-18 yaşlı uşaqlarda kistik fibrozla əlaqəli qaraciyər, öd yolları xəstəliklərinin müalicəsində istifadə edildikdə.
İstifadə qaydası və dozası:
Tabletləri hər gecə yatmazdan əvvəl bir stəkan su və ya digər maye ilə udmaq lazımdır. Tabletləri əzmək və çeynəmək olmaz.
Rəylər (0)